Dünyanın ən böyük aviamühərriki sınaqdan keçirildi – VİDEO

OXUNUB: 657 DÜNYA

ABŞ-ın Kaliforniya ştatında dünyanın ən böyük aviamühərrikinin sınaqları keçirilib.

Bu barədə "GE Aviation” məlumat yayıb.

"General Electric” şirkəti tərəfindən istehsal olunmuş bir turbo-pərli  "GE9X” reaktiv mühərriki "Boeing 747-400” uçan laboratoriyasında  yoxlanılıb.

Dörd saat davam edən sınaqların uğurlu nəticələndiyi bildirilir.  

Mühərrik 47,6 tona qədər yük daşımağa imkan verir. "Boinq 777-8" modelinin  2020-ci ildən etibarən bu güc qurğusu ilə təchiz olunacağı bildirilir./oxu

İcmal.Az

RƏYLƏR