Dünyanın ən böyük məscidinə planlaşdırılan terror aktının qarşısı alındı

OXUNUB: 716 DÜNYA
Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanları zəvvarlara qarşı təşkil edilən terror aktının qarşısını alıblar.

Kəşfiyyatın məlumatına əsasən terrorçular Məkkədəki dünyanın ən böyük məscidinə terror aktı planlaşdırıblar. Bu barədə Səudiyyə xüsusi xidmət orqanlarının nümayəndəsi Mənsur əl-Turki məlumat verilib.

Bildirilir ki, terrorçular üç qrupdan ibarətdir. Onlar Məkkə və Ciddədə qərarlaşıblar. Onlar dünyanın ən böyük məscidi-Əl-Harama terror aktı planlaşdırıblar. Məscidi hər il on minlərlə müsəlman zəvvar ziyarət edir.

Əməliyyat vaxtı kamikadze terrorçu xüsusi xidmət orqanı əməkdaşlarına atəş açıb. Sonra üzərindəki bombanı işə salıb. Həlak olan olmasa da 5 nəfər xüsusi təyinatlı yüngül xəsarət alıb. Eyni zamanda terror qruplaşmasının 5 üzvü həbs edilib. Onlar arasında qadın da var./olke.az
 
İcmal.Az

RƏYLƏR