Dünyanın ən çox maaş alan futbol məşqçiləri - SİYAHI

OXUNUB: 1067 İDMAN

Ən yüksək məvacib alan futbol məşqçilərinin adları açıqlanıb.

İcmal.Az Apasport.az-a istinadən xəbər verir ki, siyahıya italiyalı çalışdırıcı Marçello Lippi başçılıq edir.

Çin yığmasına rəhbərlik edən Lippinin illik maaşı 18 milyon funt-sterlinqə bərabərdir.

Siyahıda ikinci pillədə "Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola qərarlaşıb – 15,3 milyon funt-sterlinq. İlk "üçlüy”ü isə "Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyo tamamlayır. Portuqaliyalı məşqçinin illik məvacibi 15 milyon funt-sterlinqdir.

"Top-15”-də İngiltərə Premyer Liqasında çalışan ümumilikdə 7 məşqçi yer alıb. Qvardiola və Mourinyo ilə yanaşı, Arsen Venger ("Arsenal”), Yurgen Klopp ("Liverpul”), Antonio Konte ("Çelsi”), Maurisio Poçettino ("Tottenhem”) və Rafael Benitesin ("Nyukasl”) də adı həmin siyahıdadır.   

İcmal.Az

RƏYLƏR