Dünyanın iqtisadi böhranda boğulduğu vaxtda Fazil Məmmədovun kürəkəni Londonda 12-ci şirkətini yaradıb

OXUNUB: 746 Özəl İQTİSADİYYAT

Keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev İngiltərədə sayca 12-ci şirkətini qeydiyyatdan keçirib...

 

PİA.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbukda xəbər paylaşıb.

Daşınmaz əmlak sektorunda fəaliyyət göstərəcək PONA PROPERTIES LTD ötən ayın 24-də Londonda təsis edilib.

12531211 saylı lisenziya alan şirkətin adı Əbdül Əliyevin ailə üzvlərinin baş hərflərinin götürülüb və Bank Court 4, Weldon Road, Loughborough, Leicestershire, United Kingdom, LE11 5RF hüquqi ünvanında yerləşir.

Bu Əbdül Əliyevin bu il Britaniyada təsis etdiyi yeganə şirkət deyil. Keçmiş nazirin damadı bu il yanvarın 22-də Londonda fəaliyyət göstərən TASKERSTONE LIMITED-ə (qeydiyyat nömrəsi 03212874) ortaq olub. Əbdül Əliyev eyni zamanda yanvarın 23-də Bibby Financial Services LTD (As Security Trustee) üzərindən yenidaşınmaz əmlak əldə edib.

Ötən ilin iyununda isə o ailə üzvlərinin baş hərflərinin abbreviaturası ilə başqa birdaşınmaz əmlak şirkətini – NOAP PROPERTIES LIMITED-i qeydiyyatdan keçirmişdi.

Fazil Əliyevin kürəkəninin indiyədək Britaniyada qeydiyyatdan keçirdiyi şirkətlərin siyahısı:

1. PONA PROPERTIES LTD
2. TASKERSTONE LIMITED
3. NOAP PROPERTIES LIMITED
4. OPTIMET FINISHING LIMITED
5. BRIDGE STREET RESTAURANT LIMITED
6. VERSO INVESTMENTS LIMITED
7. GROCR HOLDINGS LIMITED
8. BUTA HOSPITALITY & LEISURE LIMITED
9. BUTACARE LIMITED
10. BUTAROSE LIMITED
11. OKAA PROPERTY LIMITED
12. AMPCO 147 LIMITED

Bunlardan 3-ü fəaliyyətini dayandırıb, 9-u fəaliyyətdədir.

RƏYLƏR