Düşmən təlaş içində: Polşanın hərbi-sənaye şirkəti Ermənistanı tərk edir - FOTOLAR+VİDEO

OXUNUB: 34 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ERMƏNİSTAN AZƏRBAYCAN

"Erməni-Polşa hərbi sənaye müəssisəsi olan "Lubawa Armenia” Ermənistan bazarını tərk etmək üzrədir”.

 

Demokrat.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşanın Ermənistandakı keçmiş səfiri Yeji Marek Novakovski Varşavada baş tutan tədbirdə bildirib. 

 

"Lubawa Armenia” hərbi sənaye müəssisəsi 2014-cü ildən fəaliyyət göstərir. Müəssisənin Ermənistanı tərk etməsini şərtləndirən əsas səbəblər kimi – rentabelliyin olmaması, borcların yığılması və müqavilənin uzadılmamasıdır. 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan bildirib ki, hazırda müəssisə işləməyə davam edir. Lakin şirkətlə tərəfdaşlıq və müqavilələr barədə məlumatlı olmadığını deyib.

 

Qeyd edək ki, müəssisə, çoxfunksiyalı müasir texnologiyasının, hərbi-texniki məhsulların istehsalı ilə məşğul olur. İki il əvvəl mediada yer alan xəbərlərdə "Lubawa Armenia”nın Ermənistan Silahlı Qüvvələri üçün təqribən 2 milyon dollar dəyərində  avadanlıqlar istehsal etdiyini yazmışdı.  

 

Əlavə olunan video və fotolarda "Lubawa" hərbi-sənaye müəssisəinin istehsal etdiyi avadanlıqlar yer alıb.  

 

Related image

Image result for lubawa armenia

Related image

Related image

 

RƏYLƏR