Düşmənin kəndlərimizi atəşə tutması nəticəsində yanğın baş verib

OXUNUB: 758 SOSİAL

Ermənilərin Ağdamın Orta Qərvənd kəndini atəşə tutması nəticəsində yanğın baş verib.

Düşmən atəşi nəticəsində kənd sakini Vilayət Həsənova məxsus tikili və tikilinin içərisinə yığılmış 450 ədəd ot bağlaması yanıb.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının digər tikililərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb./apa

 İcmal.Az


RƏYLƏR