Düşmənlə əməkdaşlıq edənlərin ifşasında "Mossad"ın rolu olmayıb" — RƏSMİ

OXUNUB: 927 SOSİAL
Müdafiə Nazirliyi ermənilərə işləyən qrupun guya "Mossad” təşkilatının köməkliyi ilə aşkar edilməsi barədə bəzi KİV-də gedən məlumata münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən İcmal.Az-a verilən xəbərə görə, düşmənlə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslərin aşkar edilməsi və ifşa olunması Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən edilib. 

"Birmənalı surətdə bildiririk ki, bu məsələdə "Mossad" adlı qurumun heç bir fəaliyyəti olmayıb. Toplanılan materiallar müvafiq qaydada Respublika Baş Prokurorluğuna təqdim olunub”, - deyə mətbuat xidmətindən bildirilib.
 
İcmal.Az

RƏYLƏR