“Düşün məni” mahnısı ilə populyarlaşan ifaçı avtomobil qəzasına düşdü - AUDİO

OXUNUB: 1016 ŞOU-BİZNES

Müğənni Elvin Mirzəzadə avtomobil qəzasına düşüb.

İfaçı bu barədə sosial şəbəkədə məlumat yayıb.

"İnsan həyatda üç şeylə sınağa çəkilir - canı, malı və əzizləri. Dünən avtomobil qəzası keçirdim. Çox şükür ki, özümə nəsə olmadı. Dünəndən bu yana xəbər bilib, hal-əhval tutanlara təşəkkür edirəm. Bir balaca maddi ziyana düşdüm. Amma şükür! Bundan ağır vəziyyətə düşə bilərdim. Kaş ki, hamı malıyla sınağa çəkilsin. Bu günümüzə şükür!”, - deyə o yazıb.

E.Mirzəzadə "Düşün məni” mahnısı ilə populyarlıq qazanıb. Mahnı "YouTube” kanalında 6 milyondan çox baxış sayı toplayıb./oxu

İcmal.Az

RƏYLƏR