Dövlət Avtomobil Xidmətinin 8 saylı Sumqayıt şöbəsində şok özbaşınalıq - ƏHMƏD RÜSTƏMOV ZÜLMÜ NƏ ZAMAN BİTƏCƏK?

OXUNUB: 3002 Özəl Seçilmiş Önəmli İQTİSADİYYAT

Dövlət Avtomobil Xidmətinin 8 saylı Sumqayıt reqional ərazi idarəsinin rəisi Əhməd Yolçu oğlu Rüstəmov dövlət məmuru olmasına baxmayaraq Azərbaycan Respublikasının mövcud qanunlarına məhəl qoymur, onları istədiyi qaydada pozur və bunları "mənim ərazim” deməklə ölkədə ərazi bölgüsü aparmağa cəhd edir. Belə ki, 23.01.2018-ci il tarixdə "Xəzər” kanalında saat 21-00 xəbərlərində 134 saylı marşrut xətti ilə əlaqədar süjetdə Əhməd Rüstəmov bildirir ki, həmin avtobuslar mənim icazəm olmadan mənim ərazimdən keçdiyi üçün avtobusları saxlamağa, sərnişinləri düşürməyə, sürücülərin sənədlərini almağa, avtobusları cərimə meydançasına yerləşdirməyə haqqım var. Belə ki, 23.01.2018-ci il tarixdə cənab Əhməd Rüstəmovun göstərişi ilə onun tabeçiliyində olan nəzarət xidməti ekipajları Bakı Beynəlxalq avtovağzalı ərazisində 134 saylı marşrut xəttində işləyən avtobusları saxlayıb, sərnişinləri avtobusdan düşürüb, sürücülərin sürücülük vəsiqələrini alıb və avtobusları avtovağzalın ərazisində cərimə meydançasına yerləşdiriblər. Bizi narahat edən bəzi məqamlar var, o cümlədən :

1) Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən sərnişindaşımalara nəzarət funksiyası Nəqliyyat Nazirliyindən götürülərək Daxili İşlər Nazirliyinə verilib;

2) AR-sı İXM-nin 96 və 97-ci maddələrinin tələbləri pozulub : sürücünün vəsiqəsini götürmək, sənədlərini yoxlamaq, avtoburu cərimə meydançasına aparmaq DYP-nin səlahiyyətlərinə aiddir;

3) Beynəlxalq avtovağzal nə vaxtdan cərimə meydançası olub?

4) "Mənim ərazimdən keçməyə icazə alınmalıdır” deməklə cənab Əhməd Rüstəmov nə demək istəyir (nəyə işarş edir)? Maraqlıdır, dövlət avtomobil yolları nə vaxtdan Əhməd Rüstəmovun mülkiyyətinə verilib?

5) AR NK yanında Bakı Nəqliyyat Agentliyi tərəfindən verilmiş sərəncamı və təsdiq olunmuş sxemi tanimamaqla məmur özbaşnalığına yol verən Əhməd Rüstəmovun müfəttişləri (qoçuları) Bakı Beynəlxalq avtovağzalı ərazisində nə edirlər?

6) Hansı məqsədə görə Əhməd Rüstəmov sahibkarlığın inkişafına yönəldilmiş dövlət dəstəyinin inkişafına maneçilik törədir?

7) Əhməd Rüstəmov bilmir ki, onun oturduğu goltuq, mindiy xidməti avtomobil, aldığı əmək haqqı və ümumilikdə onun işlədiyi idarənin bütün xərcləri , dövlətdən və qanunlardan narazı saldığı sahibkarların dövlət büdcəsinə ödədiyi vergi hesabına maliyələşdirilir?

 

Səlahiyyətli müvafiq orqanlardan xahişimiz odur ki, bu məmurun özbaşnalığına son qoyulsun və Əhməd Rüstəmov barəsində müvafiq dədbir görülsün.

RƏYLƏR