Dövlət başçısı “Gəncə Mall” TM-də – FOTO

OXUNUB: 1012 index-manşet SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev "Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə tanış olub.

İcmal.Az xəbər verir ki, dövlət başçısına ticarət mərkəzində yaradılan şəraitlə bağlı məlumat verilib.

Bildirilib ki, "Gəncə Mall”un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb. Bu ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetr, ticarət sahəsi isə 11 min kvadratmetrdir.

Qeyd edilib ki, burada aptek, kitab mağazası, müxtəlif restoranlar və "Cinema Plus” kinoteatrı da yerləşir. Ticarət mərkəzində 800 nəfərin yeni iş yeri ilə təmin edilməsi nəzərdə tutulub.

 

İcmal.Az

RƏYLƏR