Dövlət başçısı İlham Əliyev Tacikistan prezidentini təbrik edib

OXUNUB: 930 index-manşet SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev Tacikistan prezidenti Emoməli Rəhmona bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik ünvanlayıb.

 

Təbrikdə Azərbaycan-Tacikistan dostluğunun zəngin ənənələrə malik olduğu qeyd olunub: "İnanıram ki, bu ənənələri özündə yaşadan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığımızın dərinləşməsi üçün daim möhkəm zəmin olacaq”.

 

İcmal.Az

RƏYLƏR