Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb

OXUNUB: 1023 İQTİSADİYYAT

Azərbaycan dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb.

Bu barədə Hesablama Palatasının "Azərbaycanın 2017-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə rəyində bildirilir.

"Təhsil” bölməsi üzrə 1791,2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2017-ci il üçün təsdiq olunmuş büdcə göstəricisindən 55,1 milyon manat və ya 3,2 faiz çoxdur. Bölmə üzrə xərclərin dövlət büdcəsi xərclərində xüsusi çəkisi 0,3 faiz azalaraq 10 faiz təşkil etməsi nəzərdə tutulur.

Bölmə üzrə 55,1 milyon manat məbləğində nəzərdə tutulmuş artım "Məktəbəqədər təhsil” köməkçi bölməsi üzrə xərclərin 32,6 milyon manat və ya 23,7 fazi, "İlk peşə ixtisas təhsili" köməkçi bölməsi üzrə 5,9 milyon manat və "Təhsil sahəsində digər müəssisə və tədbirlər” köməkçi bölmə üzrə isə 16,6 mln. manat və ya 3 faiz artımı hesabına formalaşıb.

Artım məbləğinin nəzərdə tutulmuş tədbirlər üzrə təhlili göstərir ki, "Təhsil” bölməsi üzrə proqnozlaşdırılmış 55,1 milyon manat artım məbləğinin 59,1 faizi dövlətə məxsus məktəbəqədər təhsil müəssisələrinin saxlanılmasında dövlət-valideyn müştərək maliyyələşmənin tətbiqi məqsədilə uşaqların həmin müəssisələrdə saxlanılması haqqının müəyyən edilməsi ilə bağlı normativ hüquqi sənədin qəbul olunmaması səbəbindən uşaq bağçalarının saxlanılması, həmçinin respublikanın 14 şəhər və rayonu üzrə 20 yeni tikilmiş bağça və əlavə qrupların ilin sonuna kimi maliyyə təminatı ilə bağlı xərclərə, 10,7 fazilik ilk peşə ixtisas təhsili müəssisələri üzrə təqaüdün ləğv edilməsi ilə bağlı normativ-hüquqi sənəd qəbul olunmadığından təqaüdlə bağlı xərclərə, 30,1 faizi isə təhsil sahəsində digər tədbirlərə nəzərdə tutulub./trend

 İcmal.Az


RƏYLƏR