Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni xidmətlər istifadəyə verilib

OXUNUB: 661 İQTİSADİYYAT

Dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə ümumilikdə 18 minə yaxın müraciət qəbul edilib. 

Dövlət Əmlak Komitəsindən İcmal.Az-a verilən məlumata görə, elektron və onlayn xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 2017-ci il ərzində 180 mindən çox müraciət daxil olub və cavablandırılıb: 

"Ümumilikdə isə vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 650 minə yaxın elektron xidmət göstərilib. Ötən il ərzində daşınmaz əmlakın qeydiyyatı üzrə elektron xidmətdən istifadə sayı 26 minə yaxın olub. Ümumilikdə bu rəqəm 130 minə yaxındır. Komitənin "www.e-gov.az” portalı üzərindən ən çox istifadə olunan elektron xidmət ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlıdır. Bu xidmətlərdən istifadə sayı ötən il ərzində 25 min, bütövlükdə isə 110 minə yaxındır. 2017-ci il ərzində komitənin göstərdiyi elektron xidmətlərdən istifadənin böyük hissəsi - 150 mini daşınmaz əmlakın yüklülüyünə dair arayışların alınmasına aiddir”.

O da məlum olub ki,  komitə ötən il də ənənəsinə sadiq qalaraq beş yeni elektron xidməti vətəndaşların istifadəsinə verib.

İcmal.Az

RƏYLƏR