Dövlət İmtahan Mərkəzinin xarici dildən doktoranturaya qəbul imtahanı kütləvi narazılıq doğurdu…

OXUNUB: 1830 SOSİAL
Yanvar ayının 26-da DİM doktoranturaya və dissertanturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dilindən test imtahanı təşkil etmişdir. Lakin keçirilən imtahan istər təşkilinə, istər qiymətinə, istərsə də keçirilmə vaxtına görə namizədlər arasında böyük narazılığa səbəb olmuşdur. 

Əvvəl doktorantura və dissertanturaya qəbulu universitet və ya AMEA özü keçirirdi. Namizədlər əvvəl ixtisasdan, sonra fəlsəfədən, daha sonra isə xarici dildən imtahan veriridilər. Bu il Nazirlər Kabinetinin noyabr ayında aldığı qərar əsasında xarici dil imtahanı önə çıxarıldı və imtahanın təşkili DİM-ə tapşırıldı. DİM tərəfindən əvvəlcə namizədlərin xarici dildən imtahanı magistratura proqramına uyğun şəkildə verəcəyi, burada qrammatik və tərcümə bilikləri yoxlanılacağı qeyd edilmişdir. Xatırladım ki, magistrlar üçün qüvvədə olan ingilis dili proqramı akademik səviyyədə deyil və beynəlxalq dərəcəli test imtahanlarının proqram və medotları ilə uyuşmur. Lakin DİM  imtahan gününə bir aydanda az vaxt qalmış elan etdi ki, imtahan İELTS sistemi ilə keçiriləcək və akedemik səviyyədə olacaqdır. Buda haqlı olaraq namizədlərin narızlılığına səbəb oldu. Doktoranturaya sənəd verən şəxslər ingilis dilinin akedemik səviyyədə keçirilməsinə etiraz etmir.  Doktorantların etirazı niyə qərarın qısa müddətdə qəbul olunmasıdır. Onlar hazırlıq üçün vaxt qalmadığını qeyd edirlər. Bundan əlavə bu qərar o qədər tez verilib ki, İELTS-ın standartına DİM özü uyğunlaşa bilməyib, məsələn bu il imtahanda danışıq bloku olmadı. Madam ki DİM standartı yüksəldir və doktorantlardan tələb edir ki bu standartlar əsasında imtahan verilməlidir. Belə bir sual yaranır  DİM özü bu standarta cavab verirmi? 

İkinci əsas narzılıq vaxt məsələsidir. Doktorantura namizədləri qeyd edir ki, "heç bir pedoqoji, akademik standart tapa bilmərsizki, imtahana bir ay qalmış imtahan mövzuları və sistemi dəyişdirilsin. Amma biz bunu yaşadıq".

Üçünçü məsələ texniki məsələdir.  İmtahan zamanı dinləmə blokunda hamı üçün ümumi səsgüclədiricədən istifadə edilmişdir. Xatırlatmaq yerinə düşər ki, uyğunlaşdırılması planlaşdırılan İELTS sistemində hər namizədə ayrıca qulaqcıq verilir.

Dördüncü məsələ imtahan gedişatıdır.  Doktorantlar qeyd edir ki, "yazı bloku başlayan kimi imtahan sual kitabçası və cavab kartları yığıldı. Yazı blokuna 1 saat vaxt ayrılmış və namizədlərin əksəriyyəti yazı blokunu 30-45 dəqiqəyə tamamlamışdırlar. Artıq qalan imtahan vaxtından niyə digər suallara yenidən baxmaq fürsəti namizədin əlindən alındı? Bu hansı standarta uyğun idi?" 
Son olaraq namizədlər qeyd edir ki, onlar xarici dil imtahanının akamedik səviyyədə keçirilməsinə etiraz etmir əksinə dəstəkləyirlər. Amma namizədə az vaxt verilməsi və təşkilati məsələlərdəki çatışmazlıqlar onlar tərəfindən qəbul edilmir. DİM Nazirlər Kabinetinin qərarını keyfiyyətsiz və yarımçıq icra edib. Buna görə də keçid balını aşağı salmalı və bloklar üzrə minimum meyarı ləğv etməlidir.

RƏYLƏR