Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri dəyişib

OXUNUB: 889 İQTİSADİYYAT

Yeni "Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri” təsdiqlənib.  

İcmal.Az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

 Sənəddə bildirilir ki, dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələş-dirmə normativləri "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə uyğun olaraq dövlət məktəbəqədər təhsil müəssisələrinin büdcədən maliy-yələşdirilməsi üçün saxlanma xərclərinin proqnozlaşdırılması məqsədi ilə hazırlanıb.

Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələş-dirmə normativləri Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün vahid büdcə təsnifatına uyğun büdcə vəsaitlərinə olan tələbatı müəyyən etmək məqsədi ilə tətbiq edilir.

Maliyyələşdirmə normativlərinin hesablanması

Dövlət məktəbəqədər təhsil müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativ-lərinin həddinin formalaşması qanunla müəyyən edilən müdafiə olunan xərc maddələri istisna olmaqla, cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının həddindən asılı olaraq müəyyənləşdirilir və xərclər aşağıdakı istiqamətlər üzrə aparılır:

"Ştatda olan işçilərin əməkhaqqı” və "Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri” xərc normativlərinin hesablanması

"Ştatda olan işçilərin əməkhaqqı” xərc normativinə ştatda olan işçilərin və qulluqçuların pul formasında aldıqları vəzifə (tarif) maaşı, vəzifə maaşına əlavə və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya (pul təminatı) ilə bağlı xərclər daxildir.

"Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri” xərc normativinə işçilərə verilən mükafatlar, maddi yardımlar, həmçinin istirahət, bayram və ümumxalq hüzn günü işə çıxan işçilərə əlavə iş saatlarına görə verilən ödənişlərlə bağlı xərclər daxildir.

Təhsilverənlərin (pedaqoji işçilər) və təlim-tərbiyə prosesində iştirak edən digər işçilərin əməkhaqqı hədləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən Vahid Tarif Cədvəlinə uyğun müəyyənləşdirilmiş əməyin ödənişi dərəcələri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinə uyğun olaraq təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən  müəyyən edilir.

"Əməkhaqqına üstəlik” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə işəgötürənlərin Azərbaycan Respublikasının "Sosial sığorta haqqında”, "İcbari tibbi sığorta haqqında” (bu sığorta növü tətbiq edilən ərazilərdə) və "İşsizlikdən sığorta haqqında” qanunlarına əsasən müəyyənləşdirilmiş hədlərdə sığorta ayırmaları üzrə xərcləri daxildir. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə ödənilir.

Normativin hesablanması:

Nə.üst. = ƏHF * MDSSH

Burada, Nə.üst. - illik əməkhaqqına üstəlik norması (manatla), ƏHF - əməkhaqqı fondu, MDSSH – işçilərin hesab-lanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin müəyyən edilmiş faiz ifadəsində olan haqdır. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fondunun 22 faizi miqdarında ödənilir.

 "Dəftərxana və təsərrüfat” xərcləri üzrə normati-vinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə müxtəlif növ kağızların, o cümlədən faks, fotosurət üçün kağızların, rəsmxət və istifadə edilən digər yazı ləvazimatlarının alınması, hesablama texnikası və avadanlıqlarına göstərilən xidmət haqları, dezinfeksiya xərcləri, plastik kartların alınması ilə əlaqədar xərclər və bu növ digər xərclər daxildir.

Normativin hesablanması:

Ndəf.təsər.=Suşaq * Syl. * Qyl+(Qpk * Sişçi)+ DX

Burada, Ndəf.təsər. - dəftərxana və təsərrüfat xərclərinin illik norması (manatla), Suşaq - uşaqların sayı, Syl. - "Azərbaycan Respublikasında minimum istehlak səbətinin formalaşdırılması və yaşayış minimumunun hesablanması metodikası” (bundan sonra-Metodika) ilə müəyyən edilmiş, il ərzində orta hesabla adambaşına düşən yazı ləvazimatının sayı, Qyl - cari il üçün müəyyənləşdirilən yazı ləvazimatının satınalma qiymətlərinin yuxarı həddi, Qpk - əməkhaqqı üçün plastik kartların alınmasına çəkilən xərclər, Sişçi – işçilərin sayı, DX – illik dəftərxana və təsərrüfat xərclərinin 10 faizi həcmində digər xərclərdir.

 "Mətbəə xərcləri” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə bütün növ forma, buklet, statistik, kargüzarlıq blanklarının və müxtəlif cədvəllərin, sənədlərin cildlənməsi, tikilməsi, mətbəə və nəşr ilə əlaqədar xərclər və bu qəbildən olan digər xərclər daxildir.

Normativin hesablanması:

Nmət. = Suşaq. * Syl. * Qmm.

Burada, Nmət. - mətbəə xərclərinin illik norması (manatla), Suşaq. – uşaqların sayı, Syl. – Metodikaya əsasən il ərzində orta hesabla adambaşına düşən yazı ləvazimatının sayı, Qmm. - cari il üçün müəyyənləşdirilən mətbəə məhsul-larının qiymətlərinin yuxarı həddidir.

 "İdarənin sair xərcləri” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə istənilən növ mal və materialların alınması xərcləri daxildir.

Normativin hesablanması:

Nidarə sair. = Suşaq. * Stm. * Qtm.

Burada, Nidarə sair. - idarənin illik sair xərc norması (manatla), Suşaq. - uşaqların sayı, Stm. - Metodikaya əsasən il ərzində orta hesabla adambaşına düşən təsərrüfat mallarının sayı, Qtm. - cari il üçün müəyyənləşdirilən təsərrüfat mallarının satınalma qiymətlərinin yuxarı həddidir.

 "Cari təmir xərcləri” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə əmlakın cari təmiri, habelə cari təmirlə bağlı mal-materialların alınması üzrə xərclər daxildir.

Normativin hesablanması:

    Nct. = Dəf. * Kamort.

Burada, Nct. - illik cari təmir norması (manatla), Dəf. - əsas fondların dəyəri, Kamort. - əsas fondların cari il ərzində aşınmasını faizlə ifadə edən amortizasiya əmsalıdır.

 "Ölkədaxili ezamiyyələr” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə ölkə daxilindəki ezamiyyələr və xidməti səfərlər zamanı gediş-gəliş, gündəlik və mehmanxana xərcləri, kompensasiya ödənişləri, xidməti səfərlərə, kurslara və təhsil müəssisələrinə, sessiyalara, müşavirə və konfranslara göndərilməsi ilə bağlı xərclər daxildir.

Normativin hesablanması:

Nezam.= Sezam. * Sgün * N1 gün

  Burada, Nezam. - illik ölkədaxili ezamiyyələr və xidməti səfərlərin norması (manatla), Sezam. - ezamiyyələrin sayı,  Sgün – bir ölkədaxili ezamiyyətdə və xidməti səfərdə olma günlərinin orta sayı, N1 gün - ölkədaxili ezamiyyələrin və xidməti səfərlərin bir günlük normasıdır. 

 "Elektrik enerjisi haqqının ödənilməsi” xərc norma-tivinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə sayğacın göstərişinə əsasən istifadə olunan elektrik enerjisinin dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.

Vəsaitin proqnozlaşdırılması sayğac göstəricilərinə uyğun istifadə olunmuş elektrik enerjisi üzrə ortaillik sərfiyyatla bağlı təqdim edilmiş sifariş əsasında həyata keçirilir.

İcmal.Az

RƏYLƏR