Dövlət qulluğunda işləyən şəxslər 5 ildən bir attestasiyadan keçəcəklər

OXUNUB: 22 SOSİAL
"Əgər bir namizəd sertifikat aldığı vəzifədən daha yüksək vəzifə üzrə işləmək istəyirsə, onda mütləq yenidən imtahan verərək müsahibə mərhələsindən keçməlidir".

İcmal.Az "Report"-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, əgər vakant yer yaranıbsa, mütləq elan olunmalıdır: "Rəhbərliyin məndən xoşu gəlib, yüksək vəzifəyə təyin edir" fikri doğru deyil. Vakansiyaların elan olunması icra orqanlarının rəhbərlərinin ixtiyarındadır".

DİM sədri bildirib ki, dövlət qulluğunda hər vəzifə üzrə işləyən şəxs hər 5 ildən bir attestasiya imtahanı verəcək: "Attestasiya imtahanı işə qəbul imtahanı ilə eyni səviyyədə olan bir imtahan olacaq. Əgər şəxs həmin vəzifəyə yenidən təsdiqlənmək üçün imtahan verə bilməsə, bu barədə onun işlədiyi təşkilata məlumat veriləcək".
 
 
İcmal.Az

RƏYLƏR