DYP-nin şöbə rəisinin oğlu “Range Rover”lə qəzaya düşdü – FOTO

OXUNUB: 804 HADİSƏ

Bakıda aeroport yolunda xəsarətlə nəticələnən qəza baş verib. 

"Range Rover” markalı avtomobil yoldakı dəmir arakəsmələri yuyan "KamAZ” markalı texniki xidmət avtomobilinə arxadan çırpılıb. 

FHN xilasediciləri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.  

Məlumata görə, xəsarət alan sürücü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin texniki təminat üzrə şöbə rəisi 31 yaşlı kapitan Hüseynov Cabir Firdovsi oğludur.  

Faktla bağlı araşdırma aparılır./apa

İcmal.Az

 


RƏYLƏR