DYP reyd keçirib: Çoxlu sayda sürücü cərimələnib – FOTO

OXUNUB: 877 SOSİAL

Quba Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi  Bölməsinin (DYPB) əməkdaşları rayon ərazisində reyd keçirib.

Rayonun bir neçə ərazisində 3 saat ərzində keçirilən reyd zamanı 40-dan çox yol hərəkəti qaydalarının pozulması faktı aşkarlanıb.

Onlardan biri avtomobili sərxoş vəziyyətdə idarə edən, biri sürücülük vəsiqəsi olmayan, beşi sərnişin daşıma qaydalarını pozan, biri fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olan və digər yol hərəkəti qaydalarını pozan sürücülər olub.

Reydin keçirilməsində əsas məqsəd yol-nəqliyyat hadisələrinin qarşısını almaq və yollarda təhlükəsizliyin təmin olunmasıdır.

Reydlərin mütəmadi keçirilməsi planlaşdırılır./report

 

İcmal.Az

RƏYLƏR