Əbülfəs Qarayevin həyat yoldaşının ölkədən çıxışına qadağa qoyulur

OXUNUB: 448 GÜNDƏM HADİSƏ
Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin həyat yoldaşının ölkədən çıxışına qadağa qoyulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Kazımova Lalə Tofiq qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Bakı Kommersiya Məhkəməsinə müraciət edib. 

Məhkəmə iclası hakim Zeynəb Axundovanın sədrliyi ilə sentyabrın 16-da keçiriləcək.

Əldə etdiyimiz məlumata görə, Əbülfəs Qarayevin həyat yoldaşının adında olan şirkətlərə görə külli miqdarda vergi borcu yaranıb. Araşdırmalarımız zamanı Lalə Kazımovanın qanuni təmsilçisi olduğu "Yol + İlk Elmi Populyar Dərgi Redaksiyası” MMC-nin 2 min 028 manat 51 qəpik borcu var. 

Məlumat üçün deyək ki, sözügedən MMC 29 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir./Qaynarinfo

RƏYLƏR