Ecedən Adnan Oktar açıqlaması

OXUNUB: 691 DÜNYA
Türkiyəli aparıcı Ece Erkenin bir neçə gün əvvəl həbs olunan Adnan Oktarla əlaqəsi olduğu haqda xəbərlər yayılmışdı.

 
İcmal.Az xarici KİV-ə istinadən məlumat verir ki, Ece xəbərlərin yalan olduğunu desə də bununla bağlı görüntülər yayılıb. Videoda aparıcının Adnan Oktar haqqında müsbət fikirlər səsləndirməsi yer alıb. Ece görüntülərin yayılmasından dərhal sonra İnstaqram hesabının hekayə hissəsində bu sözləri yazıb:

"Adnan Oktarı heç vaxt görməmişəm, ətrafından bir nəfəri belə tanımıram. İşlədiyim kanalın rəhbəri onun haqqında yaxşı sözlər deməyimi istədi. Adnan bundan 5 il əvvəl müsahibələr verən biri idi. Amma heç bir kanal rəhbəri onun gerçək üzünü görməmişdi və yaxından tanımırdı”.

İcmal.Az

RƏYLƏR