Çeçenistanda partlayış: İki nəfər ölüb

OXUNUB: 864 DÜNYA

Çeçenistanda minalardan təmizləmə əməliyyatında iki sapyor ölüb. Hərbçilərdən ikisi aldıqları yaralardan xəstəxanada dünyasını dəyişib, daha bir hərbçi minanın partlaması nəticəsində yaralanıb. 

Partlayış Çeçenistanın Şatoysk rayonu ərazisində baş verib. 

Üç hərbçi minaya düşüb. Yaralılar Vladiqafqazda yerləşən hospitala göndərilib. Ölənlərin kimliyi müəyyən edilib. Bu, leytenant D.Aleksandr və sıravi əsgər İ.Səid-Əhməddir.  /oxu.az

İcmal.Az

RƏYLƏR