Əcnəbi tamaşaçılar üçün İslamiada proqramı

OXUNUB: 968 SOSİAL

Azərbaycan Dövlət Musiqili Teatrı İslamiada ilə əlaqədar may ayında xüsusi repertuarla çıxış edəcək.

Bu barədə Kult.az-a teatrdan məlumat verilib.

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəmizə gəlmiş qonaqlar – azarkeşlər, yarış iştirakçıları, turistlər Ə.Haqverdiyevin "Kimdir müqəssir?”, Ü.Hacıbəylinin "Ər və arvad”, R.Hacıyevin "Talelər qovuşanda” tamaşalarını ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə izləyə biləcəklər.

Teatrsevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və ASAN Xidmət mərkəzlərindən əldə edə bilərlər.

 

İcmal.Az

RƏYLƏR