ƏƏSMN-in şöbə müdirinin də Karlovı Varıda mülkü var - SƏNƏDLƏR

OXUNUB: 1327 index-manşet HADİSƏ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Həmid oğlu Süleymanov 2007-ci il martın 13-də Çexiyadadaşınmaz əmlak şirkətini qeydiyyatdan keçirib.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə səhifəsində məlumat yayıb. O qeyd edib ki, NAKA COMPANY S R.O. məşhur kurort şəhəri Karlovı Varıda Vítězná 1305/18 ünvanında Pilsen regional ədliyyəsində nizamnamə kapitalı 200 min kron olmaqla 27975053 saylı lisenziya ilə qeydiyyata alınıb.

Şirkətin təsisçiləri Elnur Süleymanov, onun valideynləri Həmid və Nəzakət Süleymanovalar, eləcə də Milli Onkologiya Mərkəzinin şöbə müdiri, 1981-ci il təvəllüdlü Zarema Əfəndiyevadır.

1976-cı il təvəllüdlü Elnur Süleymanov 1996-cı ildən Azərbaycan Beynəlxalq Bankının riskli kreditlərin idarə olunması şöbəsinə rəhbərlik edib, daha sonra "Allianz" şirkətinin baş ofisində çalışıb, 2003-cü ildə Rusiyada Avtonəqliyyat vasitələrinin sığortası mərkəzində direktor müavini təyin olunub.
2014-cü ildə Rusiyada fəaliyyət göstərən "СОГЛАСИЕ" ООО sığorta şirkətinə baş direktor vəzifəsinə təyin olunub.
2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri vəzifəsində çalışır.

ƏƏSMN-in şöbə müdirinin də Karlovı Varıda mülkü var -

RƏYLƏR