Əfqanıstan prezidenti: Azərbaycan dar günümüzdə bizə öz hava dəhlizini açdı

OXUNUB: 849 SİYASƏT

"NATO qüvvələrinin marşrutu, demək olar ki, kəsildiyi zaman Siz öz hava dəhlizinizi açdınız”. 

İcmal.Az-ın APA-ya istinadla məlumatına görə, bunu Bakıda səfərdə olan Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni geniş tərkibli görüşdə deyib.

"Cənab Prezident, Bakıya gəlməyimiz məmnunluğa çevrilib. Buraya səfərimi, eləcə də, mümkün olan təqdirdə hər bir beynəlxalq tədbirdə Sizinlə görüşməyi səmimiyyətlə arzulayırdım. Əvvəlcə, böyük nailiyyətlərlə bağlı Sizi bir daha təbrik etmək istərdim. İcazə verin, illər boyu verdiyiniz dəstəyə görə Əfqanıstan xalqı adından Sizə bir daha minnətdarlığımı bildirim. NATO qüvvələrinin marşrutu, demək olar ki, kəsildiyi zaman Siz öz hava dəhlizinizi açdınız. Bakının gözəlləşdirilməsinə, onun yüklərin sürətli çatdırılma mərkəzinə çevrilməsinə böyük həcmdə resurslar ayırdınız. İndi isə artıq Lapis-Lazuli sazişi imzalanıb.

Fikrimcə, aramızda səmimi şəxsi münasibətlər, o cümlədən ölkələrimiz arasında yaxşı gələcəyi olan əlaqələr qurulub. İcazə verin, öz mülahizələrimi bildirim. Sonra isə göstərişlərimiz əsasında həmkarlarımız işləyə bilərlər. Əvvəlcə Sizin təcrübənizdən öyrənməyi çox arzulayırıq. Rabitə Nazirliyimiz hazırda "ASAN xidmət”i ölkəmizdə həyata keçirir”, - deyə o vurğulayıb.

İcmal.Az

RƏYLƏR