Əfqanıstan terroru ilə bağlı şok iddia: "Arxasında Pakistan var"

OXUNUB: 900 DÜNYA
Əfqanıstanın paytaxtı Kabil şəhərində dünən baş verən terror aktında 90 nəfər həlak olub.

Əfqanıstanın təhlükəsizlik qüvvələrinin iddiasına görə terrorun arxasında Pakistanın xüsusi xidmət orqanları dayanıb.

Hücuma görə İŞİD terror qruplaşması məsuliyyəti öz boynuna götürsə də, əfqan təhlükəsizlik qüvvələri üsyankar "Haqqani" qruplaşması və Pakistan xüsusi xidmət orqanı "İSİ"ni günahlandırır.

Əfqan xüsusi xidmət orqanlarından verilən açıqlamada "Hücum "Haqqani" qrupu tərəfindən Pakistan xüsusi xidmət orqanları ilə əlaqəli olaraq, onlardan dəstək alaraq hazırlanıb".

"Haqqani" qruplaşması Əfqanıstanın ən qəddar üsyankar qruplaşmalardan biridir və "Taliban"la sıx əməkdaşlıq edir. Əfqanıstan xüsusi xidmət orqanları isə Pakistanı "Taliban" və "Haqqani"yə dəstək verməkdə günahlandırır./olke.az
 

İcmal.Az

RƏYLƏR