Əfqanıstanda hərbçilərin avtobusu atəşə tutuldu — Ölən və yaralananlar var

OXUNUB: 789 DÜNYA
Əfqanıstanın qərbində hərbçiləri daşıyan mikroavtobus atəşə tutulub.


Hadisə nəticəsində 1 nəfər həlak olub, 2 nəfər isə yaralanıb. Bu barədə əyalət qubernatoru Ceylani Fərhad məlumat verib.

İnsident Herat vilayətində baş verib. Naməlum şəxslər avtobusa atəş açıblar. Fərhad hücumun İŞİD terror qruplaşması tərəfindən həyata keçirildiyini istisna etmir. Amma hələ ki, hücuma görə heç bir qruplaşma məsuliyyəti öz boynuna götürməyib.

Qeyd edək ki,terrorçular bir müddət əvvəl Nanqarhar vilayətində dövlət televiziyasına hücum etmişdilər. Nəticədə altı nəfər həlak olmuşdu./olke.az
 
İcmal.Az

RƏYLƏR