Əfqanıstanda teleradio şirkətinin binasına hücum olub

OXUNUB: 1139 DÜNYA

Naməlum şəxslər Əfqanıstanın Cəlalabad şəhərində dövlət teleradio şirkətinin binasına hücum ediblər. Hücum edənlərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaranıb. 

Bu barədə "Tolo News” telekanalı çərşənbə günü məlumat yayıb. 

Məlumata görə, hücum çərşənbə günü yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 9:30) Nanqarhar əyalətinin inzibati mərkəzində baş verib. 

Bu rayonda əyalətin inzibati binaları yerləşir. 

Hadisənin şahidləri Əfqanıstanın dövlət teleradio şirkətinə aid olan telestansiyanın binasında atışmanın getdiyini bildiriblər./oxu.az

İcmal.Az

RƏYLƏR