Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu vətənə qayıdıb

OXUNUB: 1412 MƏDƏNİYYƏT DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ GÜRCÜSTAN HƏFTƏLİK İCMAL
Hazırda

Bakı. 27 aprel. / NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 54 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

float: left; width: 100%;">

RƏYLƏR