Əfqanıstandakı sülhməramlılarımız Bakıya qayıdıb - VİDEO

OXUNUB: 650 SİYASƏT

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Bu barədə İcmal.Az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.

 

İcmal.Az

RƏYLƏR