Əfv Komissiyası bu gün işini yekunlaşdıra bilər

OXUNUB: 618 SOSİAL

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.

Bugünkü iclasda əfvlə bağlı sonuncu müraciətlərə baxılması nəzərdə tutulub. Belə ki, komissiyanın üzvü Rəşad Məcid son iclasdan sonra Trend-ə açıqlamasında bildirmişdi ki, Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq.

 

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 1200-dən artıq müraciətə baxıb.

İcmal.Az

RƏYLƏR