“Ege Group” üç yaşını qeyd edir

OXUNUB: 384 SOSİAL

Şirkətin İstanbul nümayəndəliyi fəaliyyətə başlayacaq

Azərbaycanın özəl təhsil sektorunda öz dəsti-xətti ilə seçilən "Ege Group” xaricdə təhsil mərkəzinin yaranmasından üç il ötür. "Plus Line” adı altında fəaliyyət göstərən şirkət 2018-cı ildən rebrendinq edərək "Ege Group” brendi altında fəaliyyətini davam etdirir. Həmin il "Ege Group” şirkətinin tərkibində "Ege Travel” turizm və viza konsultatsiya mərkəzi yaradılıb. Şirkətin həmtəsisçiləri Mikayıl Mirzəzadə və Əkrəm Nəzərovdur.

"Ege Group” xaricdə təhsil mərkəzi Türkiyə, Polşa, İtaliya, Ukrayna, BƏƏ, Litva, Latviya, Çexiya, Şimali Kipr, Rusiya və digər ölkələrdə yerləşən təhsil mərkəzləri ilə sıx əməkdaşlıq edir. 142 beynəlxalq səviyyəli partnyoru var. Əsas fəaliyyət istiqamətləri nüfuzlu dünya universitetlərinə müxtəlif sahələr üzrə hazırlıq, qəbul, yerləşdirilmə və qarşılamanı həyata keçirməkdir. Eyni zamanda xaricdə qısa və uzunmüddətli dill kursları, peşə hazırlığları, xaricdə təcrübə və iş imkanları təklif edir. "Ege Group” 5 il ərzində 1000-dən çox şəxsə gələcək karyera və fərdi inkişafında bələdçi olub.

Şirkətin Strateji planlaşdırma və kommunikasiya şöbəsindən verilən məlumata görə, ölkəmiz üçün peşəkar kadrların yetişdirilməsi üçün bundan sonra da əllərindən gələni edəcəklər. Qarşıdakı aylarda isə "Ege Group”un Türkiyənin İstanbul şəhərində ofisi fəaliyyətə başlayacaq./Hokm.az

RƏYLƏR