Əhali arasında ən çox yayılan xəstəliklər açıqlanıb

OXUNUB: 910 SOSİAL

Bu ilin fevral ayının 15-dən may ayının 15-ə qədər ölkə üzrə 5 499 863 nəfər tibbi profilaktik müayinədən keçib.

Səhiyyə Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, onlardan 2 640 119 nəfəri kişi və 2 859 744 nəfəri qadın olub.

Bakı şəhəri üzrə 1 308 329 nəfər tibbi profilaktik müayinədən keçib.

Respublika üzrə müayinədən keçən şəxslərdən 2 041 388 nəfəri əlavə müayinələrə cəlb olunub, 68 427 nəfər dispanser nəzarətə alınıb, 27 059 nəfər hospitalizasiya olunub.

Müayinələr zamanı aşkar olunan ilkin xəstəliklər arasında üstünlüyü qan dövranı sistemi xəstəlikləri (17,2%), tənəffüs sistemi xəstəlikləri (16,8%), həzm sistemi xəstəlikləri (11,7%) təşkil edib.

İcmal.Az

RƏYLƏR