Əhməd Şahidov Əli Kərimlini ifşa etdi: 'O, Dilqəm Əsgərov adından öz maraqlarına uyğun istifadə edir'

OXUNUB: 1306 SİYASƏT
İcmal.Az xəbər verir ki, Əli Kərimli 7 oktyabra təyin olunan mitinqdə növbəti biabırçılığa imza atmaması üçün əlindən gələn bütün vasitələrə imza atır. Bu dəfə o, Dilqəm Əsgərovu sevənləri mitinqə çağırıb. Bu artıq arsızlığın son həddidir. Məsələyə sərt münasibət bildirən hüquq müdafiəçisi Əhməd Şahidov bunun sadəcə biabırçılıq olduğunu deyib: 'Mən çox təəssüf edirəm ki, özünü siyasi müxalifət kimi təqdim edən bir şəxs Azərbaycanın milli məsələsi ilə bağlı həqiqətə uyğun olmayan və öz şəxsi mənafelərinə hesablanmış təbliğat aparır və insanları çaşdırmağa çalışır.Məlumat üçün bildirim ki, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı fəaliyyətimizdə ilk gündən etibarən dövlətin müxtəlif qurumlarıyla koordinasiyalı şəkildə hərəkət etmişik və kifayət qədər dəstək görməkdəyik. Sonuncu ATƏT səfəri zamanı da bizə rəsmi şəkildə ciddi dəstək göstərilib. Yəni bütün bunları Əhməd təkbaşına eləmir və eləyə də bilməz.
 
Bilmirəm Əli Kərimli bütün bunlardan xəbərsizdir yoxsa bilərəkdən bu cür yazır. Bircə onu bilirəm ki, bu cür məsələlərdən istifadə edərək, planlaşdırılan mitinqə adam toplamaq siyasi acizlik və riyakarlıqdır. Mən də sual verirəm ki, Əli Kərimli və onun partiyası bu 4 il ərzində girovların azadlığa buraxılması üçün hər hansı bir addım atıbmı? Hansısa tədbir, aksiya və ya konfrans keçiriblərmi?
Xarici ölkələrin Bakıdakı səfirlərilə görüşlərində bu məsələni qaldırıblarmı?! Yoxsa ancaq mitinq öncəsi insanların həssas duyğuları ilə oynamaq lazım olanda yada düşür?! Sadəcə, ayıbdır...'
 
İcmal.Az
 
 

RƏYLƏR