Ehramların inşa texnologiyasının sirri tapıldı

OXUNUB: 465

Qədim Misir memarlığı üzrə amerikalı mütəxəsis və arxeoloq Qlen Deş (Glen Dash) belə bir nəticəyə gəlib ki, Giza ehramlarının divarlarının dəqiq mövqeyinə misirlilər payızda gecə-gündüz bərabərliyi zamanı kölgələri izləməklə nail olublar.

Bu barədə "Science Alert” jurnalında məqalə dərc olunub.

Xeops və Gizanın digər ehramlarının yan divarları şərq-qərb və cənub-şimal xətləri arasındakı bucağa uyğun şəkildə, ideal düz xətt boyunca uzanır. Normadan kənara çıxma bir dərəcənin on beşdə bir hissəsi ölçüsündədir.

Alimlər hesab edir ki, misirli memarlar buna astronomik ölçülər, qütb ulduzunun və ya yerin səthindəki Günəş kölgələrinin izlənilməsi hesabına nail olublar. 

Q.Deş hesab edir ki, misirlilər ehramların divarlarını, gecə-gündüz bərabərliyi olan gündə kölgələri müşahidə etməklə bərabərləşdirib.

Alim 22 sentyabr 2016-cı ildə şərqdən qərbə yerini dəyişən Günəşin kölgəsini izləyib. Deş onun ucunun bərabər vaxt intervallarından sonra sonluğunun hamar əyriyə çevrildiyinin şahidi olub./oxu

İcmal.Az

RƏYLƏR