Əjdər Ol həbs edilən məmurlar arasında kişi kimi davranışı ilə fərqləndi: ZİYANI TAM ÖDƏDİ, HEÇ KƏSİN ARXASINDA GİZLƏNMƏDİ

OXUNUB: 583 MARAQLI SOSİAL
Bakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

7NEWS.az bildirir ki, prosesdə zərərçəkmiş qismində tanınmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi çıxış edib.

Nümayəndə bildirib ki, cənayət işi üzrə 500 min manata yaxın məbləğdə dəymiş ziyan tam ödənilib. Zərərçəkmiş tərəf cinayət işi üzrə əlavə iddialarının olmadığını qeyd edib.

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir. Onun əsərləri təkcə ölkə daxilində deyil, xaricində də geniş oxucu auditoriyasına yayılıb. Bundan başqa Əjdər Ol son məhkəmə çıxışı zamanı əsl mərdlik nümunəsi qoydu, heç kəsin arxasında gizlənmədi.

RƏYLƏR