Əkiz bacılar Dubayda tutuldular: əxlaqsızlıq, sərxoşluq, dava... - FOTO

OXUNUB: 447 MARAQLI

Britaniya vətəndaşları, əkiz bacılar Alyona və Saşa Parkerlər Birləşmiş Ərəb Əmirliklərinin Dabay şəhərində həbsxanaya atılıblar. Onlar 6 ay müddətinə azadlıqdan məhrum olunublar.

 Dubaydakı "Al Safar & Partners" hüquq şirkətində vəkil işləyən 37 yaşlı bacılar əxlaqsızlıqda, pornoqrafik filmlərə çəkilməkdə, əyyaşlıqda və sərxoş vəziyyətdə polisə müqavimət göstərməkdə suçlanıblar.

Onlar ötən ilin avqustun 4-də Dubaydakı lüks otellərdən birindən gecə saatlarında çıxandan sonra sərxoş vəziyyətdə sükan arxasına əyləşmək istəyəndə qadın polis zabitinə onlara mane olmağa çalışıblar.

Alyona və Saşa polis zabitinin əmrinə tabe olmayıblar, sonra zabitə hücum çəkərək onu vurublar.

 

Alyona Parker isə məhkəmədə deyib ki, Dubayın məşhur Əl Bəhra səmtindəki oteli tərk edəndən sonra polis zabiti ona hücüm çəkib, qolunu sındırıb.

Alyona və Saşa Parkerlər Belarusda doğulublar. Onların qızlıq soyadları Velikanovadır.

Alyona Velikanova Britaniyaya təhsil almağa yollanıb, orada rejissor Mayls Parkerlə ailə qurub. London kollecini bitirəndən sonra bacılar Vestminster Universitetinin hüquq fakultəsində oxuyublar./milli

İcmal.Az

Əkiz bacılar Dubayda tutuldular: əxlaqsızlıq, sərxoşluq, dava... - FOTO

Əkiz bacılar Dubayda tutuldular: əxlaqsızlıq, sərxoşluq, dava... - FOTO

RƏYLƏR