Eks-arvadının başqa qadınla intim görüntülərini yayan müğənni: "Uşağımın danışdıqlarından..."

OXUNUB: 894 ŞOU-BİZNES
Xəbər verdiyimiz kimi müğənni Mustafa Cecelinin həyat yoldaşı Sinem Gedikin İntizar adlı qadın ifaçı ilə eşq yaşadığı üzə çıxıb. Sosial şəbəkələrdə Sinemlə İntizarın intim videoları yayılıb.

Sözügedən çirkin kadrları Sinemin eks-əri Mustafa Cecelinin oğlunun vəlayətini almaq üçün yaydığı iddia edilir. O, həyat yoldaşı ilə müğənni İntizarın əlaqə yaşadığını göstərən video materialları məhkəməyə dəlil kimi təqdim edərək onun analıqdan məhrum edilməsini tələb edib.

Həmkarları vəlayət üçün də olsa, uşağının anasını bu şəkildə alçaltmasını qəbul etməyib və müğənninin ünvanına ağır sözlər yazıb. Tanınmışlar tərəfindən kəskin tənqidə məruz qalan Mustafa Ceceli məsələ ilə əlaqədar olaraq geniş açıqlama verib. O, baş verənlərin bir ata olaraq ona da pis təsir etdiyini, lakin bütün bu addımları oğlunu düşünərək atdığını söyləyib. Mustafa Cecelinin instaqramda "Vicdanlarınıza xəbərdarlığımdır" başlığı ilə yazdığı açıqlamasını təqdim edirik:

"İnsanların seçimləri qətiyyən mənim məsələm olmayıb, ola bilməz də. Məni maraqlandıran yeganə məsələ kiçik övladımın psixoloji inkişafı və aldığı travmalarıdır. Odur ki, 3 İyulda baş verən şok edici vəziyyətə baxmayaraq, ən sağlam həll yolu olaraq məhkəməyə müraciət etdim və vəlayət məhkəməsi açdım.

Sözügedən münasibət boşanmadan sonra yaranan travma məhsulu deyil. Boşanmazdan əvvəl başlayıb və bu günə qədər davam edir. Uşağımın olduğu mühitlərdə onun ruhi vəziyyətini pozan hərəkətlər olub. Uşağımın da bu davranışlara məruz qoyulduğu ilə bağlı görüntülər məhkəmə şikayətində yer alır.

İmpatiyadan məhrum təhqirlər, tənqid və böhtanların heç biri, uşağımın şəxsən mənə danışdıqlarından və yaşadıqlarından əhəmiyyətli deyil.

Heç kimin evinə girməmişəm, heç kimin evinə kamera qoymamışam. Məhkəmə işindəki kadrlar mənim əlimdədir, onları mənə kimliyi bəlli olmayan adamlar mail vasitəsilə göndərib. Dolayısı ilə heç vaxt gizli çəkiliş etməmişəm. Dəlillər arasında kimliyi bəlli olmayan adamlardan "Uşağınızı xilas edin" başlığı altında məktublar aldım. Sadəcə uşağını düşünən ata kimi görüntüləri mətbuata sızdıran son adam ola bilərəm. Uşağımın anasının olduğu görüntüləri mətbuata yayanların da hüquq qarşısında cavab verməsini istəyirəm.

Bu məsələdə hər kəs hüquq qarşısında hesab verəcəkdir. Uşağımızın yerləşdiyi ev və ya mühitdə baş verənlər cinsi seçim həssaslığına göz yumacaq şeylər deyil. Bir uşağın gözünün qabağında onun tarazlığını və psixoloji olaraq inkişafını zədələyəcək davranışda olan insanları müdafiə etmək və məsələni "cinsi seçim azadlığlı" müstəvisində sadələşdirən qavramı bir kənara qoyaraq, uşağın yaşadığı və atanın ruh halını da düşünərək məsələnin dəyərləndirilməsini ictimaiyyətin vicdanına buraxıram.

Kimsəyə zərər vermək kimi bir fikrim yoxdur, tək dərdi övladı olan atayam".

Onu da qeyd edək ki, dünən Sinem Giriklə İntizarın daha bir intim videosu yayılıb. Iddialara görə, onlar sevişərkən müğənninin oğlu da orada olub.

Eks-arvadının başqa qadınla intim görüntülərini yayan müğənni:
İcmal.Az

RƏYLƏR