EKSPERT "KAPİTAL BANKI" RÜSVAY ETDİ: "Ən fırıldaq, cibə girən və oğru bankdır"

OXUNUB: 1959 index-manşet İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, son 5 ildə Azərabaycanda fəaliyyət göstərən bankalara olan ictimai etimad aşağı səviyyə düşüb. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Ən mühüm səbəblərdən biri də müştəri məmnuniyyətinin sıfır səviyyəsinə düşməsi, naməlum əməliyyatlar, müxtəlif kampaniyalar adı altında xırda məbləğli tutulmalar, əmanət sığortası faizinin aşağı olması və s. ilə bağlıdır.
7NEWS.az xəbər verir ki, tanınmış ekspert Nəsimi Paşayev isə bu dəfə "Kapital Bank"ın maliyyə maxinasiyasını ifşa edib: "Bir müddətdir ki, sosial şəbəkədə "Kapital Bank" haqqında şikayətləri oxuyuram. Həddindən çoxdur. Əsas məqam isə şikayətlərə reaksiya verməmələridir. Bir neçə aydır "BirKart" istifadə edirəm. Borcumu ödəyəndə gördüm karta əksik oturub. İstədim səbəbini soruşam, peşman oldum. Messencerə yazdım, chata yazdım. Yenə chata cavab verib sual-sual oynadıq. Yəni niyəsini demədilər. Messencerdə oturanlar isə biabırçıdılar. 4 iyulda yazdığım suala 8 iyulda, eyni gün yazdığım suala isə 16 iyulda cavab verdilər. O da cavab deyil. Həm də axşam saat 20:24-də. Çalışacam bir günümü də filialda keçirim. Çünki o qədər sıra olur ki, bir günə ancaq cavab ala bilirsən."
N.Paşayevin bu açıqlamasından sonra vəziyyətdaha da pisləşib. Görünən odur ki, bankı ictimaiyyətlə əlaqələr sahəsində apardığı işlər sıfıra bərabərdir: "Bəli, artıq çox rahat formada bildirə bilərəm ki, "Kapital Bank" indiyə qədər gördüyüm ən fırıldaq, insanların cibinə girən və oğru bankdır. Səbəbi isə çox sadədir. Mən iyun ayı ərzində "BirKart" vasitəsilə X məbləğdə pul xərcləmişəm. İstifadə etdiyim xidmətlər arasında faiz hesablanan məbləğ də var imiş, olsun. "Birkart"ın qaydalarına görə mən iyun ayının borcunu iyul ayının 10-a kimi ödəsəm faiz hesablanmayacaq. Mən də iyul ayının 6-da X+Y məbləğ ödəmişəm. Yəni borcdan artıq. Qeyd edim ki, borc bağlanana qədər olan müddətdə, yəni iyulun 6-a kimi yenə kartdan istifadə etmişəm. Hansı ki, iyul ayında istifadə etdiyim vəsaiti mən avqust ayının 10-a kimi ödəməliyəm. İndi bu oğru "Kapitalbank" mənim iyulun 6-də ödədiyim artıq pulu iyun ayına olan faizə deyil, iyul ayında istifadə etdiyim vəsaitə çıxıb və günü bu gün də mənə faiz hesablanır. Bu qədər şərəfsizlik olmaz deməyin. Olurmuş."
Mövzunu davam etdirəcəyik.
7NEWS.az 

RƏYLƏR