Ekvadorda nümayişçilər 9 milion dollarlıq hərbi texnikanı məhv ediblər

OXUNUB: 539 DÜNYA
Ekvadorda nümayişçilər Milli Silahlı Qüvvələrə 9 milion dollardan çox maddi ziyan vurublar. Bu barədə Ekvador prezidenti Lenin Moreno Silahlı Qüvvələrin nümayəndələri ilə görüşü zamanı deyib. L.Moreno nümayişlər zamanı 80 hərbçinin yaralandığını qeyd edib. Qeyd edək ki, L.Moreno oktyabrın 3-dən dizel yanacağı və benzin üçün subsidiyaların ləğv edilməsi barədə qərar imzayıb, bundan sonra qiymətlər 120% -dən çox artıb. Bu səbəbdən ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilir.

RƏYLƏR