"Elcanla heç bir işim yox idi. Bu, Muradın oyunu idi!" - Eltondan "Maşın" şousu ilə bağlı AÇIQLAMA

OXUNUB: 920 ŞOU-BİZNES
"Maşın" realiti şousunu tərk edən müğənni Elton Hüseynov verilişi barəsində şok faktlar söyləyib.

İcmal.Az xəbər verir ki, ilk gün sms səsverməsi ilə uduzan sənətçi bütün bunların qurma olduğunu iddia edib:

"Oksana xanım, verilişdə ən böyük qruplaşma sənin və Aqil M.Quliyevin əlindədir.
Danışanda bir az səmimi ol. Murad yaxşı edib Kənanı saxladı. Çünki, tapşırılan iki nəfərdən biri Səbuhi, biri də Elcandır. Səbuhi getdi, Elcan sənə uğurlar, inşallah finalda olarsan. Mənə isə evdə olmaq daha ləzzət edir, nəinki bəzi saxta sifətli insanların yanında görünmək. Kənan, sənə halaldır. Orda yalnız səndə və Nadirdə səmimiyyət gördüm.Tolik, sənin orda qalmağının artıq heç bir mənası yoxdur. Yenə də özün bilərsən

Murad Dadaşov nə istəyir, o da olur. Çünki "Maşın" onun şousudur. Ora getdiyim üçün çox peşmanam. Elcanla heç bir işim yox idi. Bu, Muradın oyunu idi. Mən də oynadım və uduzdum.
Həyat isə davam edir. Allah hamıya ürəyincə verəcək. Murad gördü ki, oyun düz getmir Elcanla məni əsəbiləşdirib bir-birimizə qarşı qoydu. Ümumiyyətlə, bütün iştirakçılar hər şeyi bilir. Orda qazanan bir nəfər var - o da şounun ağası. Gerçəkləri demək lazımdır ki, hamı bilsin. Millətin pulu boş yerə gedir".//big
 
İcmal.Az

RƏYLƏR