Əlcəzairli futbolçudan Azərbaycana qarşı tərbiyəsizlik

OXUNUB: 937 İDMAN

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən Əlcəzair yığmasının futbolçusu Fərid Əl-Melali xoşagəlməz hərəkətlə diqqət çəkib. 

İcmal.Az Apasport-a istinadən xəbər verir ki, o, Azərbaycanla yarımfinal qarşılaşmasından sonra feyr-pley qaydalarını pozub.

Millimizlə görüşdə məğlubiyyət Əl-Melalini özündən çıxarıb. Belə ki, o, matçdan sonra paltardəyişmə otağının qapısını sındırıb. 20 yaşlı futbolçu, eyni zamanda yığmamızın üzvü ilə dəyişdiyi formanı da yerə atıb.
 
Qeyd edək ki, Ruslan Abışov və Məqsəd İsayevin qolları sayəsində 2:0 hesablı qələbə qazanan Azərbaycan millisi finala vəsiqə əldə edib.

İcmal.Az

RƏYLƏR