Eldar Əzizov Bayıl məktəblərindən sürüşmə zonası sakinlərinə yardım adı ilə pul yığdırır- İDDİA

OXUNUB: 597 Özəl Seçilmiş Önəmli
Bayıldakı orta məktəblərdən sürüşmə zonasından köçürülən sakinlərə yardım adı ilə pul yığılır.
 
Bu barədə verilən məlumatda bildirilir ki, ərazidə fəaliyyət göstərən məktəblərdə şagirdlərdən 50 qəpik, müəllimlərdən isə 20 manat məbləğində pul istənilib:
 
"Birbaşa icra başçısının göstərişidir deyirlər. Guya sürüşmə zonasından köçürülüb 163 saylı orta məktəbdə və qohum-tanış evlərində məskunlaşdırılan ailələrə yemək-içmək almaq üçün yardım edilir”.
Qeyd edək ki, həmin faktı ərazidə yaşayan ictimai-fəal insanlar da sosial şəbəkələrdə işıqlandırıblar. Araşdırma zamanı isə məlum olub ki, bu hal Bayılda yerləşən 51, 91, 203, 49 saylı məktəblərdə baş verib.
Məsələ ilə bağlı araşdırma aparılacaq./AFN.az

İcmal.Az

RƏYLƏR