Eldar Əzizov yola salınır: 20 milyon kimə çatıb?

OXUNUB: 1064 Özəl GÜNDƏM HADİSƏ
Bir neçə gün əvvəl Bakıda binanın fasadından qopan üzlük daşı yaxınlıqdan keçən uşağın başına düşərək  onun həyatına  son qoydu. 
Belə məsuliyyətsizlik,  belə qəddarlıq olmaz e. 
Axı, bu bina boş yerdən tikilməyib. Buna paytaxt meriyası icazə verib,  FHN-nin Təhlükəsizlik üzrə mütəxəssisləri rəy verib, binanı tikən şirkət var. 
Necə yəni  binadan daş qopdu və 12 yaşlı uşaq öldü. 
Axı, Bakı Şəhər İcra Hakimiyyətinin  Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti var. O boyda qurum hara baxır ? 
Eyni  hadisə 2 gün  öncə  Nəsimi rayonu, Bülbül prospekti 61-62 ünvanda baş verib. 
Hadisəni müşahidə edən  gundelik-baku.com-un müxbiri bildirir ki, sovet dövründən nümunəvi fəaliyyət göstərən  və hazırda da  örnək ola biləcək, xalq arasında Pullu Poliklinika kimi tanınan tibbi müəssisənin yanından keçərkən, böyük daş parçası insanların keçdiyi yola düşüb. Xoşbəxtlikdən faciə baş verməyib. Yəni təsadüf nəticəsində  insan ölümü olmayıb. Çünki həmən iri daş parçası bir neçə insanın ölümünə səbəb ola bilərdi. Həmən   daş parçası Azərbaycan bayrağını  qıraraq  yerə salıb. 
Yenə yuxarıda qeyd etdiyimiz sualı təkrar edirik. 
Axı, Bakı Şəhər İcra hakimiyyəti, konkret olaraq icra başçısı Eldar Əziziov hara baxır ? 
İcra hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti nə işlə  məşğuldur ? 
Müxbirimiz məsələ ilə bağlı Bakı ŞİH-nin başçısı Eldar Əzizovla  dəfələrlə əlaqə saxlamağa çalışsa da, həmişə olduğu kimi, o, telefona cavab verməyib. 
İcra hakimiyyətində çalışan mənbəmiz bizə bildirdi ki, bu məsələlər Eldar Əziziovdan alınaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib. 
Müxbirimiz Komitənin  Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin məsul şəxsi Ramin Abdullayevlə telefon əlaqəsi saxlamağa cəhd etsə də nəticə olmayıb. 
Bakı ŞİH-nin adının çəkilməsini istəməyən vəzifəli şəxsi müxbirimizə bildirib ki, heç bilinmir ki, bu məsələlər kimin səlahiyyətindədir...
Onda ortaya sual çıxır: 
Bir neçə gün əvvəl dövlətin ayırdığı 20 milyon manat kimə çatıb?
Eldar Əzizova, yoxsa Ramin Abdullayevə ? 
Amma sızan məlumatlardan bəlli olur ki, Eldar Əzizov yola salınır./gündəlik baki






RƏYLƏR