Eldar Mahmudovun “kassir” və “qara qutusu”na ağır cəza tələbi

OXUNUB: 980 index-manşet HADİSƏ

Prokuror Sübahir Qurbanov, Teymur Quliyev və Natəvan Mirvətova üst-üstə 44 həbs cəzası istədi; MTN-in ev dustağı olan qadın generalı da həbsxanaya gedir...

Fevralın 22-də Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natəvan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmədə prokuror çıxış edib. Qeyd edək ki, adıçəkilən şəxslər 2015-ci ildə həbs olunublar, N.Mürvətova isə ev dustağıdır.  

Bu iş üzrə məhkəmə ötən ilin yanvar ayının  19-da Sabunçu Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə başlayıb.

İttiham olunan generalların sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun dövlət qurumlarını öz təsiri altına salmasında, var-dövlət toplamasında müstəsna rolları olub.

Qeyd edək ki, Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.

  S.Qurbanov ona elan olunmuş ittihamlar üzrə istintaqda  özünü təqsirli bilməyib. O, bir neçə sahibkardan hədə-qorxu yolu ilə külli miqdarda pul almasına dair ittihamları qəbul etməyib, həmin sahibkarları tanımadığını deyib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən hər ay rüşvət alması epizodu üzrə Sübahir Qurbanov istintaqa verdiyi ifadələrində bildirib ki, həmin nazirlikdən ona heç vaxt hər hansı formada pul verilməyib. Vidadi Zeynalovun onun barəsində dediklərinin yalan olduğunu, sonuncu onun uzaq qohumu olduğu üçün ondan ad günü və toylar üçün hədiyyələr tapmasını xahiş etdiyini, sürücüsü Ramil Əliyevi onun yanına göndərib hədiyyələri aldığını, sonradan özü hədiyyələrin pullarını Vidadi Zeynalova verdiyini, heç vaxt və hər hansı şəxsdən hər hansı formada rüşvət qəbul etmədiyini göstərib. Yada salaq ki, MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi S.Qurbanov Eldar Mahmudovun  "ikinci kassiri” kimi də tanınıb.

Teymur Quliyev

Bundan başqa, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun göstərişinə əsasən S.Qurbanov "Azimport” MMC-nin rəhbəri Azər Əsgərovu barəsində cinayət işi başlanacağı ilə hədələyib. Onu mütəmadi olaraq MTN-ə çağıraraq gecədən səhərə qədər orada saxlayıb dindiriblər. A.Əsgərova təzyiq göstərərək ona Rəşad Məmmədovun "Azimport” MMC-nin qeyri-rəsmi sahibi olması haqda ərizələr yazdırmaq istəyiblər. Məqsəd "Azimport” MMC-nin əmlakını ələ keçirmək olub.

A.Əsgərova digər vəzifəli şəxslər barədə də izahat yazdırmaq istəyiblər.

Bundan başqa, MTN əməkdaşları Eldar Mahmudovun göstərişi ilə "Azimport” MMC-də qeyri-qanuni axtarışlar aparıb. Şirkətə məxsus seyfdən qiymətli əşyalar, üstəlik, 1 milyon 300 manat nağd pul götürülüb. Onları sonradan öz adlarına rəsmiləşdirmək məqsədilə "Azimport” MMC-yə və şirkətin bir neçə işçisinə məxsus olan çıxarışlar və mülkiyyət haqqında sənədləri də özləri ilə aparıblar.

Eldar Mahmudov (1).jpg (97 KB)

Sübahir Qurbanov

S.Qurbanov tabeçiliyində olan Zülfüqar Əliyev, Natiq Əliyev və Zaur Məmmədovla birgə 2015-ci ilin martında iş adamı Z.Salmanovun ofisində qanunsuz axtarış aparmaqda, daha sonra sahibkarı həbslə hədələyərək ondan böyük məbləğdə pul almaqda ittiham olunur.

Bu cinayətkar qruplaşma biznesmenlər K.Seyfullayev, H.Əliyev, A.Kərimov, E.İbadov, S.Məcidov, E.Mirzəyev və digərlərinin pullarını da eyni sxem üzrə ələ keçirib.

2014-cü ilin dekabr ayında "Zaminbank” ASC-nin Səbayel filialının müdiri Hüseynov Rauf Mais oğlunun külli miqdarda pul vəsaitini hədə-qorxu gəlməklə ələ keçirmək məqsədilə heç bir qanuni əsas olmadan tapşırıqları ilə MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev və həmin mərkəzin sabiq baş mütəxəssisi Fərhad Atayev tərəfindən onun qanunsuz dinlənilməsinin təşkil edilməsi, 2015-ci ilin may ayında dəstə üzvü Füzuli Əliyev vasitəsilə verdiyi göstəriş əsasında dəstə üzvü Natiq Alıyev Rauf Hüseynovu MTN-ə çağıraraq Zaur Məmmədovla birlikdə sonuncunu gizli şəkildə xaricə pul köçürməkdə ittiham edib hədə-qorxu gələrək 100.000 manat pulunu tələb etmələri, zərər çəkmiş şəxsin 7 saat MTN-in vətəndaşların qəbulu otaqları olan binada saxlamaqla qanunsuz azadlıqdan məhrum edilməsi faktları üzrə Sübahir Qurbanov eyni ilə inkaredici ifadələr verib.

T.Quliyev "MTN işi”ndə ən mübhəm fiqurlardan biridir. MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsində çalışmış Teymur Quliyev Eldar Mahmudovun "qara qutusu” hesab olunur.  Məhz onun rəhbərlik etdiyi Monitorinq Mərkəzi bütün qanunsuz dinləmələri həyata keçirib. Bu dinləmələr isə təkcə hədəfdə olan sahibkarları əhatə etmir. Məlumata görə, hakimiyyət təmsilçiləri də  Teymur Quliyevin rəhbərlik etdiyi otaqdan dinlənilib, mümkündür ki, səs yazıları kimi qeydə də alınıb.

Eldar Mahmudov ile ilgili görsel sonucu

Eldar Mahmudovun işdən çıxarılmasından dərhal sonra qapıları möhürlənən Monitorinq Mərkəzi illərlə bu kimi dinləmələr həyata keçirib, mümkündür ki, danışıqlar xüsusi fayl şəklində toplanaraq kompromat kimi saxlanılıb və ya xaricə çıxarılıb.

1970-ci ildə Bakıda anadan olan Teymur Quliyev o vaxt Xalq Təsərrüfatı İnstitutu adlanan ali məktəbi bitirib. Teymur Quliyevin atası da polis sistemində işləyib, bir sıra rayonların rəisi olub. Əmisi isə sovetlər vaxtı daxil işlər nazirinin müavini vəzifəsində çalışıb.

T.Quliyev DİN-in İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib və burada onların "iş birliyinin” əsası qoyulub.

Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra T.Quliyevi də MTN-ə gətirib. Əvvəl MTN-də təchizat şöbəsinin rəisi postunda işləyən T.Quliyev hələ də bilinməyən "xidmətlərinə görə” tezliklə daha yüksək posta - MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb. 2012-ci ilin mart ayında ölkə başçısının sərəncamı ilə general-mayor rütbəsi alan T.Quliyev hüquq-mühafizə sistemində ən gənc generallardan biridir.

sübahir qurbanov ile ilgili görsel sonucu

Natavan Mürvətova

General-mayor Natəvan Mürvətova isə məhkəmədəki ifadələrində qısa danışıb: "Mən özümü təqsirli bilmirəm”. Musavat.com xəbər verir ki,  prokuror Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, general Natavan Mirvətovanın 12 müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. /yen musavat

 

İcmal.Az


RƏYLƏR