Eldar Quliyevin rüşvət piramidası ifşa olunur - KOOPERASİYA UNİVERSİTETİNDƏ BAŞ VERİR?

OXUNUB: 3167 GÜNDƏM Seçilmiş Önəmli

Son vaxtlar Azərbaycan Kooperasiya Universitetinin müxtəlif instansiyalara çoxsaylı şikayətlərlə müraciət edən tələbələri bildirirlər ki, bu ali təhsil müəssisəsində rüşvət yığımları ağlasığmaz həddə çatıb.

Məlumatlarda vurğulanır ki, bu yığımları daha da artırmaq məqsədilə universitetdə ən müxtəlif səbəb və bəhanələr irəli sürülür. Digər tərəfdən isə mənbələr xüsusi olaraq belə bir məqamı da diqqət mərkəzinə çəkirlər ki, Kooperasiya Universitetində baş verən hadisələr sadəcə kimlərinsə rüşvət almaq yolu ilə varlanmaq istəyini həyata keçirmək məqsədi güdmür. Bildirilir ki, bu oyunların arxasında daha mürəkkəb intriqalar durur. Belə ki, istəilən müəssisə və ya təşkilatda olduğu kimi bu universitetdə də yer almış korrupsiya hallarına görə ilk növbədə bütün nəzərlər rəhbərliyə, bütün baş verənlərdən sorumlu olan rektor Eldar Quliyevin üzərinə yönəlir. Lakin təqdim olunan məlumatlarda belə bir fikir irəli sürülür ki, əslində bir çox mövcud problemlər müəyyən universitetdaxili qüvvələrin ciddi səyləri ilə qəsdən yaradılır. Məqsəd isə məhz rektoru nüfuzdan salmaq və son nəticə etibarı ilə onun tutduğu vəzifədən kənarlaşdırılmasına nail olmaqdır. Tələbələrin və universitet əməkdaşlarının bir çoxu isə bu qüvvələrin Tərbiyə işləri üzrə prorektor Vasif Həziyev tərəfindən istiqamətləndirildikləri fikrini dəstəkləyirlər. Qeyd olunur ki, öz məqsədlərini həyata keçirmək üçün Vasif Həziyev universitet daxilində kifayət qədər dəstək əldə edə bilmişdir.

Qeyd etmək lazımdır ki, bir müddət əvvəl Azərbaycan Kooperasiya Universitetinin rektoru, millət vəkili Eldar Quliyev rəhbəri olduğu ali məktəb haqqında bəzi KİV-lərdə həqiqətə uyğun olmayan məlumatların dərc olunmasına etiraz edərək, mətbuata müəyyən açıqlamalar da vermişdi. Öz açıqlamalarında Eldar müəllim qeyd etmişdi ki, ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə tədbirlərinin keçirilməsinə həsr olunmuş toplantılarda ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin rəhbərləri də iştirak edib. Həmin toplantılarda isə korrupsiyaya qarşı mübarizə ilə bağlı qarşıya öhdəlik qoyulub. Eldar Quliyev qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsində rüşvətə qarşı ciddi mübarizə aparılır: "Bizim şüarımız "Rüşvətə və korrupsiyaya YOX"-dur. Bununla bağlı mayın 5-də Kooperasiya Universitetində müşavirə də keçirilib. Burada əsas məsələ müəllim-tələbə münasibətlərində şəffaflığı təmin etmək olub.”

Etiraf etmək lazımdır ki, ümumiyyətlə Kooperasiya Universitetindəki mənbələrdən aldığımız məlumatlarda bilavasitə E.Quliyevin fəaliyyətinə dair ciddi iradlar irəli sürülmür. Digər tərəfdən isə Vasif Həziyevin aşkar provokasion mövqeylərdə durmağına, universitetdə korrupsiya hallarını təqdir etməsinə rəğmən hələ də məsul vəzifədə qala bilməsi yenə də sual dolu nəzərlərin məhz E.Quliyevə doğru yönəlməsinə səbəb olur. Lakin universitetin tələbə və müəllimlərini V.Həziyevə qarşı çıxış etməyə sövq edən məqam təkcə onun rüşvətxorluğu ilə bağlı deyildir. Belə ki, məlumatlarda V.Həziyevin əxlaqi keyfiyyətlərinə dair son dərəcə neqativ xarakterli iradlar irəli sürülüb.

Eyni zamanda da, belə bir əxlaqa malik insanın məhz tələbələrin tərbiyə işlərindən sorumlu təyin olunması bütün universitet üçün rüsvayçı bir hal kimi qiymətləndirilir.../xalqxeber.az

İCMAL.az

RƏYLƏR