Eldar Yunusovun qızının bağçasında “ölü canlar" -İDDİA

OXUNUB: 808 GÜNDƏM HADİSƏ
Məktəbəqədər uşaq müəssisələri Təhsil Nazirliyinin tabeliyindən alınıb, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdinə verilməsindən sonra, bu sahədə mövcud olan problemlər azalmaq əvəzinə, uzun illərdən bəri mövcud olan nöqsanların sırasına yeniləri də əlavə olunub.

Məhz bundan sonra azyaşlıların uşaq bağçalarına qəbul prosesi bir xeyli çətinləşib. Bu gün əksər məktəbəqədər uşaq müəssisələrində qəbulla bağlı süründürməçilik hökm sürür. Əksər bağçalarda bir qayda olaraq, yer olmadığı əsas gətirilir və uşaqlardan imtina olunur.

Bəzi müdirlər isə, Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovun qorxusundan bağçalara az uşaq götürməyə məcbur olduqlarını deyirlər. Çox az sayda uşaqlar uşaq bağçasına təmənnasız götürülsə də, böyük əksəriyyət məhz pulla qəbul edilir. Uşaqların bağçaya götürülməsi zamanı tələb olunan rüşvətin məbləği isə bu sahəyə rəhbərlik edən Eldar Yunusov tərəfindən müəyyən edilir.

Valideynlərdən hər uşağa görə alınan təxminən 300-500 manat pulun bir hissəsi Eldar Yunusova, qalanı isə, bağça müdirlərinə çatır. Bundan başqa, hər ay körpənin valideynlərindən 20 manat, bəzən 30-40 manat pul alınır. Eldar Yunusovun nöqsanlı fəaliyyəti nəticəsində əksər uşaq bağçalarında məktəbəqədər pedoqoji prosesdən irəli gələn məqsəd və vəzifələr nəzərə alınmır.

Eldar Yunusovun rəhbərlik etdiyi dövlət müəssisəsində qohumlardan ibarət komanda yaratdığını bilməyən yoxdur. Yaxın qohumu olan Fuad adlı şəxsi Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində baş mühasib təyin etməklə Eldar Yunusov bütün maliyyə məsələlərini nəzarətə götürüb .

Məhz yaxın qohumunu idarənin maliyyə məsələlərinə rəhbər təyin etməklə E. Yunusov baş verən bütün qanunsuzluqları, şübhəli maliyyə əməliyyatlarını ört-basdır edir. Eldar Yunusovun yaxın qohumu idarədə təkcə mühasibat işləri ilə məşğul olmur. Baxça müdirlərinə nəzarəti və onlardan alınan "haqq” məsələsini də Fuad müəllim həyata keçirir.

Əgər qanunla nəzərə alsaq ki, dövlət müəssisəsində bir şöbəyə rəislik edənin yaxın qohumu həmin şöbədə baş mühasib olmamalıdır. Məgər bunun nə qədər qanuni olub-olmamasının hüquq-mühafizə orqanlarının araşdırması vacibdir. Açıq-aydın görünür ki, Eldar Yunusovun öz yaxın qohumunu baş mühasib təyin etməsi məqsədyönlüdür.

Əgər Eldar Yunusovun adi məmurun yaşayışından fərqlənən dəbdəbəli, zəngin həyat tərzinə baxsaq bunun heç də halal maaşdan qaynaqlanmadığını görərik. Çünki, sürdüyü bahalı avtomobili halal maaşla almaq üçün Eldar Yunusova yemədən-içmədən bir neçə onilliklər lazım olardı. Elə paytaxtın müxtəlif ərazilərində yerləşən çoxsaylı obyektlər də onun məmur fəaliyyətindən daha çox bizneslə məşğul olduğunu göstərir.

Eldar Yunisovun rəhbərlik etdiyi Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində baş verən rüşvətxorluq və korrupsiya Qüdrət Şükürovun uzun illər baş direktor olduğu Bakı Lift-Təmir İstehsalat Birliyində baş verənlərdən heç də geri qalmır. Google üzərindən bir axtarış kifayətdir ki, bu təşkilatda baş verən mənimsəmələrlə bağlı saysız faktlarla qarşılaşaq.

İddialara görə Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeçiliyində olan bağça və uşaq evlərinə uşaq qəbulu yüz mantlarla ölçülür. Bu qiymət məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin yerləşdiyi ərazidən asılı olaraq dəyişsə də, baş verən proseslər eynidir. Əgər nəzərə alsaq ki, Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeçiliyində 350 - yə yaxın müəssisə var, o zaman korrupsiaysının səviyyəsini təsəvvür etmək mümkün olar.

Ölkə mediasının yazdığına görə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində ştat vahidinin saxlanılması, işçilərə analıq məzuniyyətində olduğu və müvəqqəti əmək qabiliyyətini itirdiyi dövrdə artıq əməkhaqqı hesablanması, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, avtonəqliyyat vasitələrinin cari təmir xərci üzrə və iş həcmlərinin düzgün hesablanmaması səbəbindən büdcə vəsaitlərinin talan edilməsi üzə çıxıb. Uşaq bağçalarının ərzaq xərclərini 99.3 mln. manatdır.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə ayrılan vəsaitlərin necə istifadə edilməsini müəyyən etmək üçün həyata keçirdiyi audit zamanı aşkar olunub.

Eyni zamanda audit zamanı malların satın alınması zamanı "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun, və satınalmalarla əlaqədar digər qanunvericilik aktlarının tələblərinə əməl olunmaması, yeni fəaliyyətə başlamış 2 məktəbəqədər təhsil müəssisəsi üzrə əsaslı təmir və tikinti işlərinin əsas fondların dəyərinə əlavə edilməməsi, eyni zamanda, inventar və avadanlığın uçota alınmaması, auditlə əhatə olunan dövrdə İdarənin tabeliyində olan məktəbəqədər təhsil müəssisələri və uşaq evlərində alınaraq quraşdırılmış elektrik və su sayğaclarının dəyərinin balansa götürülməməsi hallar üzə çıxıb.

Hesablama Palatasının auditi zamanı malların satınalınması prosesində üzə çıxan ciddi nöqsanlar isə daha dərindən aradırmalar tələb edir. Ölü ruhlar kimi adı işdə olan özü işdə olmayan şəxslərin maaş kartları, işçilərin işə neçiyə qəbul olması kimi korrupsiya halllarıda hamıya məlumdur.

Uzun illərdir ki, İdarəyə rəhbərlik edən Yunusov bağça və körpələr evinin müdiri vəzifəsinin böyük əksəriyyətinə öz adamlarını yerləşdirməyi bacarıb. Bu gün hər bir belə müəssisədə ən azi 15-20 "ölü can"ın olduğu deyilir.

Məsələn, əldə etdiyimiz məlumata görə "ölü canlar"ın olduğu müəssisələrdən biri də Eldar Yunusovun qızının 4 ildir ki, müdirlik etdiyi 266 saylı körpələr evi-uşaq bağçasıdır. Fəridə Yunusovanın rəhbərlik etdiyi 266 saylı körpələr evinə tərbiyəçi və texniki işçilərlə bərabər hər gün 15-20 adamın işə gəldiyi deyilir.

Maraqlıdır ki, ştat cədvəlində bu müəssisədə 53 adamın çalışdığı deyilir. İşə gəlməyən şəxslərin maaş kartlarının kimdə olması isə məlum olmayan məsələlərdəndir.

Maraqlı məqamlardan biri isə bu bağçanın dövlətdən maliyyəşdiyi halda hər bir uşağa görə valideynlərindən pul alınmasıdır.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Araşdırmamız davam edir./millimeclis.info

RƏYLƏR