“Elektron Hökumət” in rəsmi saytı olan “E-gov.az” çökdü – FOTOFAKT

OXUNUB: 1257 Texnologiya GÜNDƏM

7NEWS.az xəbər verir ki, son günlər ölkənin ən iri innovativ layihələrindən olan "Elektron Hökumət”in saytı "E-gov.az”ın işində ciddi nöqsanlar yaranıb. Nöqsanların əksəriyyəti server problemlərindən qaynaqlanır. Saytımızın apardığı araşdırmalarına görə "E-gov.az” saytı primitive səbəblərə görə çöküb. Milyonlarla vəsait hesabına başa gələn layihə elementar server təhlükəsizliyindən sığortalanmayıb. Məsələ burasındadır ki, sayt üçün hansısa proqram təminatını lisenziayasız istifadə etməyə cəhd ediblər. Söhbət scriptlərin qanunsuz tətbiqindən gedir. Bu da öz növbəsində serverlə sayt arasında texniki əlaqələrin kəsilməsi ilə nəticələnib. Məlumatı yeniləməyə çalışacağıq.

Məlumat üçün qeyd edək ki, "E-hökumət" layihəsi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)" əsasən işlənib hazırlanmışdır və "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır.

RƏYLƏR