Əli Əhmədov: Hökumət qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına çalışır

OXUNUB: 898 İQTİSADİYYAT

"Məşğulluq problemi hər bir dövlətin qarşısında duran əsas məsələlərdəndir. Azərbaycan prezidentinin həyata keçirdiyi siyasət bu prioritet üzərində qurulub”.

İcmal.Az Report-a istinadən xəbər verir ki, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov "Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi” adlı konfransda deyib.

O bildirib ki, əmək qabiliyyətli insanların sosial hüquqlarının qorunması vacib məsələdir: "Dünyada əsas məsələlərdən biri də məşğulluğun təmin edilməsidir. Burada sosial hüquqların qorunması da diqqətdən kənarda qalmamalıdır. Azərbaycanda bu sahədə çox ciddi işlər görülür. Əhalinin məşğulluq problemi tam həllini tapdıqdan sonra məşğulluğun status məsələsi həll ediləcək”.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına çalışır: "Azərbaycan hökuməti bu sahədə ciddi işlər görür. Məşğulluğun qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidi ilə yanaşı, biz insanların daha layiqli işlə təmin olunmasına çalışırıq. Azərbaycanda əhalinin sayı artır. Ona görə də hər il yeni iş yerləri açılmalıdır. Bu proses davam edir”.

 

İcmal.Az 

RƏYLƏR