Əli Əhmədov nə qədər maaş alır?

OXUNUB: 52 MARAQLI

Ötən həftə baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov müharibə vəziyyətində, 1 milyon məcburi köçkünü olan Azərbaycanda xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəblərin mövcudluğunu əsas gətirərək, təşəbbüs irəli sürüb. 

İcmal.Az xəbər verir ki, o Silahlı Qüvvələrə Yardım Fondunu xatırladaq baş nazirin müavini hakim Yeni Azərbaycan Partiyasının üzvlərini Fonda dəstək aksiyaya qoşulmağa çağırıb. 

Əli Əhmədov həmçinin yaydığı açıqlamada bildirib ki, aylıq əmək haqqımın 50 faizinin həmin Fonda köçürülməsi barədə mühasibatlığa müraciət edib.

Maraqlıdır, Əli Əhmədov baş nazirin müavini olaraq nə qədər maaş alır?

Modern.az saytı bununla bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki, dövlət orqanlarında rəhbər vəzifələr tutan məmurların aylıq maaşı ölkə Prezidentinin 10 avqust 2004-cü il tarixdə təsdiqlədiyi "Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamı ilə tənzimlənir. 

Həmin sərəncama əsasən, baş nazirin müavini hazırda 2060 manat məvacib alır. Bundan başqa, rəhbər işçilərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı da verilir.

2004-cü il sentyabrın 1-dən qüvvədə olan sərəncama əsasən,  rəhbər işçilərin aylıq vəzifə maaşları müasir dövrün tələblərinə uyğunlaşdırılıb və aşağıda verilmiş cədvəldəki kimidir.

"1. Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:

1.1. Baş nazir

2460 manat

1.2. Baş nazirin birinci müavini

2160 manat

1.3. Baş nazirin müavini

2060 manat

1.4. Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi

1925 manat

1.5. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbəri

1595 manat

1.6. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini

1375 manat

1.7. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Xarici Kəşfiyyat Xidməti rəisinin, Dövlət Sərhəd Xidməti rəisinin müavini, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini

1280 manat

1.8. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbərinin müavini

1155 manat

2. Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:

Bakı şəhəri

1925 manat

Gəncə və Sumqayıt şəhərləri

1280 manat

şəhər, rayon və şəhər rayonu üzrə:

 

əhalisinin sayı 100 min nəfərdən çox olduqda

1045 manat

əhalisinin sayı 50-100 min nəfər olduqda

990 manat

əhalisinin sayı 50 min nəfərədək olduqda

880 manat.”.

RƏYLƏR