Əli Əhmədov seçkilərdə YAP-ın səlahiyyətli nümayəndəsi təyin edildi

OXUNUB: 965 SİYASƏT

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədov aprelin 11-də Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində hakim partiyanın  səlahiyyətli nümayəndəsi təyin edilib.

Bu barədə İcmal.Az-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Ə. Əhmədov Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2018-ci il fevralın 12-dən aprel ayının 11-dək baş nazirin müavini dövləti vəzifəsindən ödənişsiz məzuniyyətə çıxıb.

İcmal.Az

RƏYLƏR